105 yaşlı kişi dağıntılar altından sağ çıxdı
Bizi izləyin

Dünya

105 yaşlı kişi dağıntılar altından sağ çıxdı

Xilasedicilər dəhşətli dağıdıcı zəlzələnin baş verdiyi Nepalda bu gün əsl möcüzə ilə üzləşib. Onlar öz evinin dağıntıları altında 8 gün ərzində qalan 105 yaşlı qoca kişini sağ taparaq xilas ediblər.

Trend-in xarici KİV-lərə istinadən verdiyi xəbərə görə, yerli polis Kimtanq kənd sakini Fançu Geyl adlı qocanın zəlzələ zamanı elə də ciddi xəsarət almadığını, amma dağıntılar altında 8 gün boyunca ac-susuz qaldığını bildirib. Qocanın yalnız əlləri ilə ayaqlarında yüngül sıyrıq və əziklər var. Onu hərbi vertolyotla fəlakət zonasından çıxararaq xəstəxanaya aparıblar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm