• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Suriyanın taleyi həll olunur

  • Dünya
  • 3 May 2015 21:43
  • 451 Baxış
Suriyanın taleyi həll olunur

Mayın 4-də İsveçrənin Çenevrə şəhərində Suriyadakı daxili müharibənin həlli ilə bağlı müazkirələr başlayır.

Publika.az-ın məlumatına görə, BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Steffan de Misturanın keçirdiyi müzakirələrdə İran da iştirak edəcək. Dünyanın lider dövlətlərinin iştirak edəcəyi danışıqlar 5-6 həftə davam edəcək. Danışıqlara Suriyanın Müxalif və İnqilabi Milli Koalisiyasının rəhbərləri də dəvət olunub.

Bu cür müzakirələr Cenevredə 2012-ci ildə də keçirilmişdi. Birinci Cenevrə danışıqlarından sonra müharibənin sona çatdırılması, keçid hakimiyyətinin qurulması ilə bağlı çağırışlar edilmişdi. Ancaq həmin müzakirələrin bir nəticəsi olmamışdı.

Bəşər Əsəd rejiminin himayədarı olan İran 2012 və 2014-cü il danışıqlarında iştirak etməmişdi. İndi İranın müzakirələrdə iştirak etməsi ilə böhranın həllində dönüş olacağı gözlənilir.

Suriyada 4 ildən artıqdır daxili müharibə gedir. Bu müharibədə 220 mindən çox adam həlak olub, 7,6 milyon adam evindən didərgin düşüb.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR