Nepala göndərilən yardımlar gömrükdə saxlanılıb
Bizi izləyin

Dünya

Nepala göndərilən yardımlar gömrükdə saxlanılıb

Zəlzələdən sonra Nepala göndərilən humanitar yardımlar aeroportdakı gömrükdə saxlanılıb.

Publika.az-ın məlumatına görə, bu barədə BMT məlumat yayıb. Təşkilat Nepal hökumətinə gömrük yoxlamalarını yumşaltmaqla bağlı xəbərdarlıq edib.

BMT baş katibinin humanitar yardımlar üzrə müavini Valeri Amos deyib ki, Nepal gömrük yoxlamalarının sürətləndirməlidir.

Aprelin 25-də Nepalda baş verən zəlzələdən sonra hələ çox adama humanitar yardım çatdırılmayıb. 7,8 bal gücündə olan zəlzələdə 7000-dən çox adam ölüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm