Dünya
Peyğəmbərin təhqir olunduğu sərgiyə hücum: 2 ölü (YENİLƏNİB)
ABŞ-ın Qarlend şəhərində (Texas ştatı) Məhəmməd peyğəmbərin karikaturalarının nümayiş olunduğu sərginin yaxınlığında atışma olub.
Publika.az "NBC News" kanalına
istinadən xəbər verir ki, hadisə nəticəsində iki silahlı ölüb, bir
polis isə yaralanıb.
Məlumata görə, sərginin təşkil olunduğu “Curtis Culwell Center"ə yaxınlaşan iki silahlı qəflətən polisə atəş açmağa başlayıb. Polis çavab atəşi ilə silahlıları güllələyib. Yaralanan polis xəstəxanaya aparılıb.
Atışma başlayan kimi “Curtis Culwell Center"dən təxminən 75 nəfər təxliyyə edilib. Onların iki avtobusla təhlükəsiz yerə aparıldığı bildirilir.
Polis sərgi mərkəzini mühasirəyə alıb. Bina yaxınlığında içində partlayıcı maddənin olduğu ehtimal edilən şübhəli avtomobil aşkarlanıb. Avtomobil mütəxəssislər tərəfindən yoxlanılacaq.
Qeyd edək ki, karikatura sərgisini "Amerikanın islamlaşdırılmasına qarşı mübarizə"si ilə tanınan "American Freedom Defense Initiative" qurumu təşkil edib. “Ən yaxşı karikatura"aya 12 min 500 dollarlıq mükafat vəd olunmuşdu. Həmin mükafatı isə amerikalı karikaturaçı Boş Faustin alıb.
Son məlumata görə, hücuma görə məsuliyyəti “İslam dövləti” (İŞİD) terror təşkilatı üzərinə götürüb. Bu barədə Fransanın “Radio France İnternational” (RFİ) radiostansiyası ekstremistlərin internetdə aktivliyinin monitorinqini həyata keçirən SITE təşkilatına istinadən bildirib.
SITE-nin məlumatına görə, İŞİD-in döyüşçülərindən biri “Twitter” səhifəsində hücumun təşkilatın tərəfdarları tərəfindən təşkil edildiyini yazıb. Bu informasiya hələlik rəsmi təsdiqini tapmayıb.
Sərgi mərkəzinə hücum edənlərin şəxsiyyəti hələlik müəyyən edilməyib.
Ömər Dağlı
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK