Dünya
Ukrayna qoşunu geri çəkilməkdən imtina etdi
“Ukrayna qoşunları Mariupol yaxınlığındakı Şirokino qəsəbəsindən geri çəkilmək niyyətində deyil”.
Publika.az “Unian.net” saytına
istinadən xəbər verir ki, bu barədə Ukraynanın Anti-terror
əməliyyat mərkəzinin komandanının müavini Sergey Qaluşko
bildirib.
“Terrorçuluğa qarşı əməliyyatın rəhbərliyi hərbi güclərini Şirokinodan aparmağa hazırlaşmır. Hər gün 50, 60 və daha çox atəşkəsin pozulduğu hazırkı şəraitdə bu mümkün deyil. Terrorçuluğa qarşı əməliyyatın rəhbərliyi birtərəfli qaydada Şirokino qəsəbəsində, bütövlükdə regionda təhlükəsizlik səviyyəsinin azaldılmasına imkan verməyəcək. Qoşunun geri çəkilməsindən söhbət gedə bilməz”, - Qaluşko vurğulayıb.
O, Şirokinonun hazırda Donbas hövzəsinin ən qaynar nöqtələrindən biri olduğunu əlavə edib.
Donetsk vilayətin qubernatoru Aleksandr Kixtenko da qoşunun Şirokinodan geri çəkilməsinə qarşı çıxıb.
Qeyd edək ki, Şirokino qəsəbəsi Ukrayna ordusunun nəzarət etdiyi Mariupol şəhəri ilə separatçıların nəzarət etdiyi Novoazovsk şəhəri arasında, Azov dənizinin sahilində yerləşir. Qəsəbə fevral ayının əvvəlində “Azov” batalyonu tərəfindən azad edilib. Ukrayna qoşununun Şirokinodan geri çəkiləcəyi halda Krım yarımadasına gedən quru dəhlizin üzərində yerləşən Mariupol separatçıların açıq hədəfinə çevriləcək.
Ömər Dağlı
-
Sosial19:35
Özünü öldürən sabiq pediatrın iş yoldaşı DANIŞDI: “Ailə məsələsi deyil..."
-
ABŞ19:25
Bayden Ukraynaya hərbi yardım haqqında qanunu İMZALADI
-
Rəsmi xronika18:40
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - FOTO/YENİLƏNDİ
-
Hadisə18:33
Bakı hava limanında həyəcan siqnalı: Təyyarə qəza enişi etdi - FOTO
-
Sağlamlıq17:27
Yapon alimləri xərçənglə mübarizə üçün unikal vasitə hazırladı
-
Sosial17:00
Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi başlandı - Yeniləndi
-
Cənubi Qafqaz16:39
Ukrayna deputatları Vardanyanı biabır etdilər - Nobel Komitəsinə müraciət
-
MDB15:56
Həbs olunan generalla bağlı şok iddia: Boşanması uydurma olub