• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Moldova paytaxtında 10 min etirazçı küçələrə çıxdı – FOTOLAR

  • Dünya
  • 4 May 2015 16:37
  • 363 Baxış
Moldova paytaxtında 10 min etirazçı küçələrə çıxdı – FOTOLAR

Moldovanın paytaxtı Kişinyovda 10 minə yaxın insanın iştirakı ilə kütləvi etiraz aksiyaları keçirilib.

Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, buna səbəb Moldovanın bankçılıq sistemində 1 milyard dollar vəsaitin yoxa çıxmasıdır.

Yoxa çıxan bu vəsait ölkənin ÜDM-sinin beşdə birinə bərabərdir.

Sözügedən vəsaitin 2014-cü ilin noyabrında, yəni parlament seçkilərindən öncə yoxa çıxdığı güman olunur.

İnsanlar sözügedən vəsaitin hökumət tərəfindən bilərəkdən oğurlandığını düşünür. Hətta, buna görə Moldovada adı korrupsiya və maliyyə fırıldaqlığında hallanan şəxslərin dərhal istefası tələb olunur.

Etirazçılar korrupsiya əleyhinə “Oğrular rədd olsun!”, “Milyardları geri istəyirik!” və sairə kimi şüarları səsləndiriblər. Baş prokurorun, Ali Məhkəmənin bir neçə hakiminin və qalmaqalda iştirak etdiyi güman edilən siyasətçilərin istefası tələb olunur.

Vasif Həsənli

Xəbər lenti

DAHA ÇOX XƏBƏR