Krımın işğal xəritəsi hazırlanıb - FOTO
Bizi izləyin

Dünya

Krımın işğal xəritəsi hazırlanıb - FOTO

Ukraynanın TSN telekanalının jurnalistləri Rusiya hərbçiləri tərəfindən tutulmuş və ya mühasirəyə alınmış obyektlərin aktual xəritəsini hazırlayıblar.

Ukraynanın TSN telekanalının jurnalistləri Rusiya hərbçiləri tərəfindən tutulmuş və ya mühasirəyə alınmış obyektlərin aktual xəritəsini hazırlayıblar.

Hazırda Krımın Fiolent burnunda silahlı insanlar Ukrayna hərbi-dəniz qüvvələrinin kəşfiyyat mərkəzini mühasirəyə alıblar. Sak rayonunun Novofedorovka qəsəbəsində dəniz aviasiyası hərbi hissəsi mühasirədədir. Hərbi hissənin ətrafında Rusiya hərbçiləri perimetr üzrə düzülüb. Kerçdə dəniz mühafizəsi dəstəsinin girişinə avtomatla silahlanmış naməlum adamlar gəliblər. 4 avtobusdan birinin nömrəsi Rusiyaya məxsusdur.

Sevastopolda Ukrayna hərbçiləri havadan müdafiə sursatlarını sinələri ilə qoruyurlar. Ərazi Rusiya hərbçiləri tərəfindən mühasirəyə alınıb, giriş yük maşınları ilə bağlanıb. Ukrayna hərbi-dəniz qüvvələrinin qərargahı mühasirəyə alınıb, elektrik cərəyanı kəsilib və s.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm