.jpg)
Rusiyanın Ukrayna sərhədlərinə qoşun və texnika yığması göstərir ki, Moskva qərb qonşusunun ərazisinə quru sərhədlərindən də hücum edəcək.
Bu barədə bu gün Kiyevdə keçirdiyi brifinq zamanı Ukrayna Xarici
İşlər Nazirliyinin informasiya siyasəti departamentinin direktoru
Yevgeni Perebıynis bildirib.
Onun sözlərinə görə, martın 3-də Ukrayna Dövlət Sərhəd Xidməti
bildirib ki, Xarkov, Luqansk, Donetsk vilayətlərinin yaxınlığında
Rusiya ərazisinə qoşun və hərbi texnikanın yığılması davam
edir.
Perebıynisin sözlərinə görə, Ukraynanın Rostov-Dondakı baş
konsulluğu bildirib ki, Rostov vilayətinin qubernatorunun
sərəncamına görə, vilayətin Kuybışev rayonunda Ukraynadan gözlənən
qaçqınlar üçün düşərgələr və qəbul məntəqələri hazırlanır.
“Bu əməllər göstərir ki, Rusiya tərəfi Ukrayna ərazisinə quru
sərhədlərindən də hücum etməyə hazxırlaşır”,- deyə Perebıynis
vurğulayıb. /anspress/