İsrailin xarici işlər naziri istefa verdi
Bizi izləyin

Dünya

İsrailin xarici işlər naziri istefa verdi

İsrailin xarici işlər naziri Aviqdor Liberman istefa verib.

Publika.az Türkiyənin “Anadolu” informasiya agentliyinə istinadən xəbər verir ki, Liberman istefa ilə bağlı şərhində yeni qurulacaq hökuməti “fürsətcil” olaraq xarakterizə edib.

Liberman qurulacaq hökumət koalisiyasında da yer almayacağını bildirib. “Çox təəssüf ki, qurulacaq yeni hökumətin milli maraqlara xidmət etməyən, fürsətcil bir siyasət aparacağı qənaətinə gəldim”, - o, deyib.

Aviqdor Liberman istefa məktubunu yaxın saatlarda baş nazir Benyamin Netanyahuya təqdim edəcəyini söyləyib.

Qeyd edək ki, Netanyahu koalisiyanı 6 may tarixinə kimi qurmalıdır. Libermanın “İsrail Evimiz” Partiyası koalisiyanın qurulması üçün aparılan danışıqlardan çəkilsə də, Netanyahunun lideri olduğu “Likud” Partiyası," Tövrat Mühafizləri Hərəkatı" (ŞAS),Kulanu və Birləşmiş Tora Yəhudiliyi partiyalarının iştirakı isə koalisiyanın qurulması nəzərdə tutulur.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm