Putindən azərbaycanlı milyarderə böyük jest
Bizi izləyin

Dünya

Putindən azərbaycanlı milyarderə böyük jest

Rusiya Prezidenti Vladimir Putin neft şirkətlərinə Baltik dənizində hasilat işlərinə başlamasına icazə verib.

ANS-in məlumatına görə, bu barədə Rusiya prezidenti qanun imzalayıb.

Belə ki, əgər şirkət 2008-ci ilə qədər bu sahədə yeraltı geoloji tədqiqat aparılmasına dair rəsmi icazə alıbsa onda həmin şirkətlərə hasilata görə də lisenziyanın verilməsi zəmanəti verilib.

Bu isə o deməkdir ki, Rusiya qanunvericiliyi hasilatla məşğul olan şirkətlərin bir çoxunun fəaliyyətini məhdudlaşdırır.

Daha əvvəl Baltik dənizində yataqlara girişi yalnız dövlətin nəzarəti altında olan və ən azı beş il iş təcrübəsinə malik olan şirkətlər ala bilirdilər. Bu qanun tələblərinə isə yalnız "Rosneft" və "Qazprom" cavab verirdi.

Bununla belə "Rosneft" rəhbərliyi yeni qanunun tətbiqindən narazı qalaraq Rusiyanın Təbii Sərvətlər Nazirliyinin neft şirkətlərinin maraqlarını himayə etməkdə ittiham edib. Şirkətdən bildirilib ki, şelfə özəl neft şirkətlərini buraxmaq ideyası Rusiyanın dövlət nəzarəti olmayan ən böyük neft şirkəti "Lukoyl" un maraqlarına uyğunlaşdırılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm