Xilas edilən qadınların 214-ü hamilədi
Bizi izləyin

Dünya

Xilas edilən qadınların 214-ü hamilədi

“Boko Haram” terror təşkilatının əlindən xilas olunan qadınlardan 200-dən çoxu hamilədir.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatından (BMT) bildirilib.

BMT-nin Əhali Fondunun (UNFPA) icraçı direktoru Babatunde Osotimehin “Boko Haram”ın əlindən xilas edilən gənc qız və qadınların 214-nün hamilə olduğunu açıqlayıb. BMT səlahiyyətlisi qadınların hazırda müxtəlif tibbi testlərdən keçirildiyini deyib.

Qeyd edək ki, Nigeriyada ordunun keçirdiyi əməliyyatlarla ötən həftələrdə 700-ə yaxın gənc qız və qadın xilas edilib. Onların çoxunun “Boko Haram” tərəfindən seks köləsi kimi istifadə edildiyi və məcbur şəkildə evləndirildiyi ortaya çıxıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm