Öldükdən 54 gün sonra uşaq dünyaya gətirdi
Bizi izləyin

Dünya

Öldükdən 54 gün sonra uşaq dünyaya gətirdi

Amerikada 22 yaşındakı bir qadın beyin ölümü keçirməsindən 54 gün sonra uşaq dünyaya gətirib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Karla Peres adlı ana doğumdan 2 gün sonra həyatını itirib.

Omaha şəhərinin mərkəzi xəstəxanasında 100-ə yaxın həkim və tibb bacısı bu çətin doğumu reallaşdırmaq üçün səfərbər olub. Peres evində beyin qanaması keçirdikdən sonra – fevralın 8-də xəstəxanaya gətirilib. O, xəstəxanaya gətiriləndə 22 həftəlik hamilə olub. Erkən doğumdan sonra körpənin yaşamayacağını düşünən həkimlər qadını doğuma qədər həyatda saxlamağa qərar veriblər. Xüsusi bir modulla saxlanılan və tənəffüsü təmin edilən Karla körpəsini dünyaya gətirənə qədər həyatda qalmağı bacarıb.

Gənc qadının orqanları isə 3 nəfərə həyat verib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm