Gürcüstan XİN-dən erməni səfirə xəbərdarlıq
Bizi izləyin

Dünya

Gürcüstan XİN-dən erməni səfirə xəbərdarlıq

Cənubi Osetiyanın “parlament sədri”nin Ermənistana səfəri ilə bağlı Tiflis və İrəvan arasında diplomatik gərginlik artır.

Publika.az “Anadolu” informasiya agentliyinə istinadən xəbər verir ki, Ermәnistanın Gürcüstandakı sәfiri Yuri Vardanyan dünən Gürcüstan Xarici İşlәr Nazirliyinә çağırılıb.

Gürcüstanın Xarici İşlər Nazirliyinin rəsmi veb-saytında yerləşdirilən bəyanatda deyilir ki, xarici işlər nazirinin müavini Gigi Giqiadze səfirlə görüşərək Ermәnistan parlamentinin sәdri Qalust Saakyanın Cənubi Osetiyanın “parlament sədri” Anatoli Bibilovla görüşməsi faktından ciddi narahatlığını bildirib. Qeyd olunub ki, bu görüş iki ölkə arasındakı tarixi münasibətlərə ziyan vurur.

Gigi Giqiadze qeyd edib ki, işğal rejiminin nümayəndələri ilə dost dövlətin rəsmi şəxslərinin istənilən xarakterli ünsiyyəti qəbuledilməzdir. Öz növbəsində, erməni səfir bildirib ki, Gürcüstanın mövqeyini dərhal İrəvana çatdıracaq.

Məlumata görə, erməni səfirinin Gürcüstan Xarici İşlər Nazirliyinə çağırılmasından sonra Ermənistanın baş naziri Ovik Abramyan gürcü həmkarı İrakli Qaribaşvili ilə telefonla əlaqə saxlayıb və sözügedən görüşün rəsmi xarakter daşımadığını bildirib. Abramyan Bibilovun qeyri-iş günü şəxsi səfər etdiyini və Saakyanla şəxsi görüş keçirdiyini ifadə edib. Erməni spiker həmkarını inandırıb ki, Ermənistan Gürcüstanın ərazi bütövlüyü və müstəqilliyinə hörmət edir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm