Əhmədinejata göndərilən gizli məktub qalmaqal yaratdı
Bizi izləyin

Dünya

Əhmədinejata göndərilən gizli məktub qalmaqal yaratdı

İranın keçmiş prezidenti Əhmədinejatın adı rüşvət qalmaqalında hallanır.


Publika.az xəbər verir ki, İranın Əmək xəbər agentliyi keçmiş prezidentin köməkçisi Mohammad Reza Rahiminin ona göndərdiyi gizli məktubu nəşr edib. Məktubda 1,3 milyon dollarlıq rüşvət qalmaqalından bəhs olunur.



Belə ki, köməkçisi Əhmədinejata məktubunda 2008-ci ildə hökumətin razılığı ilə 170 millət vəkilliyinə namizədə 400 min dollar rüşvət verdiyini deyir. Lakin onu müdafiə etmədiklərindən narazılığını bildirir.

Əhmədinejat isə bütün bunlardan xəbərsiz olduğunu bildirib, yayılan informasiyaları təkzib edib.

Məlumatlara görə, o, yenidən siyasətə qayıdır. Hətta bu yaxınlarda yeni internet saytını açması da bununla əlaqələndirilir.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm