Erməni nəşri: “Tiflis İrəvana etirazını Qarabağ bəyanatı ilə çatdırdı”
Bizi izləyin

Dünya

Erməni nəşri: “Tiflis İrəvana etirazını Qarabağ bəyanatı ilə çatdırdı”

“Ermənistan parlamentinin sədri Qalust Saakyan parlamentdə vaxtaşırı mürgüləyir, deputatların soyadlarını tez-tez yanlış tələffüz edir. Bütün bunlar azmış kimi, absurd bəyanatları və hərəkətləri ilə beynəlxalq səhnəyə çıxır”.

Publika.az xəbər verir ki, bu barədə Ermənistanın “Joxovurd” qəzeti ölkə parlamentinin sədri Qalust Saakyanın Cənubi Osetiya separatçı rejimin “parlament sədri” Anatoli Bibilovu qəbul etməsini şərh edərkən yazıb.

“Qalust Saakyan Anatoli Bibilovun səfərini “şəxsi səfər” kimi rəsmiləşdirdi, ancaq qarşı tərəf birgə şəkilləri dərc etdi və aparılan müzakirələrlə bağlı informasiya yaydı. Təbii ki, bu, Gürcüstan hakimiyyətində qəzəb doğurdu. Bizim məlumatlarımıza görə, siyasi kuluarlarda Qalust Saakyanın yaxın günlərdə Tiflisə səfəri istisna edilmir. İrəvan bununla da münasibətlərdə yaranan gərginliyi azaltmaq niyyətindədir”, - “Joxovurd” bildirib.

Yazının sonunda Gürcüstan Xarici İşlər Nazirliyinin Azərbaycanın işğal olunmuş ərazilərində keçirilən “parlament seçkiləri” ilə bağlı bəyanatı xatırlanır. Qeyd olunur ki, Tiflis İrəvana olan etirazını bu bəyanatla da çatdırmış oldu. “Gürcüstan Xarici İşlər Nazirliyi Qarabağda keçirilən növbəti seçkilərlə əlaqədar kəskin bəyanatla çıxış etdi”, - "Joxovurd" qeyd edir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm