Papa çıxışı zamanı söyüş söydü - VİDEO
Bizi izləyin

Dünya

Papa çıxışı zamanı söyüş söydü - VİDEO

Roma papası Fransisk dünya gündəmindən düşmək bilmir.

Roma papası Fransisk dünya gündəmindən düşmək bilmir.

Papa Fransisk Vatikandakı Müqəddəs Peter meydanında verdiyi bazar ayini zamanı dilinin dolaşması nəticəsində söyüş səsləndirib.

Argentinalı papa Fransik əlindəki qeydlərdən oxuduğu çıxışında italyanca "nümunə" mənasını verən "caso" sözü yerinə söyüş mənası daşıyan "cazzo" sözünü işlədib. /Anspress/

Səhv etdiyini anlayan papa dərhal səhvini düzəldib. Lakin papanın etdiyi bu səhv sosial video platformalarında yayılaraq, ən çox paylaşılan xəbərlərdən biri olub.

Videonu izləyənlər tərəfindən papanın bunu bilərək etmədiyi, bir çox adamın başına gələcək bir hal olduğu vurğulanaraq, papanın çaşması nəticəsində söyüş səsləndirməsi, əslində onun da adi insanlardan biri olduğuna nümunə göstərilir.

Qeyd edək ki, papa Fransisk həmin gün etdiyi çıxışda Ukraynada gedən proseslərə də toxunaraq, xalqı məsələnin sülh yolu ilə həll olunmasına çağırıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm