PKK silahı yerə qoymaq üçün şərtini açıqladı
Bizi izləyin

Dünya

PKK silahı yerə qoymaq üçün şərtini açıqladı

“Türkiyəyə qarşı silahlı mübarizəni dayandırmağı hədəfləyən konqresin keçirilməsi gündəmdən çıxıb”.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Kandil dağındakı Kürdüstan Cəmiyyətlər Birliyinin (KCK) həmsədri Bese Hozat bildirib.

Bese Hozat PKK lideri Abdullah Öcalanın Novruz bayramında açıqlanan müraciətinə baxmayaraq, AKP-nin lazımı addımlar atmadığını və döyüşə hazırlaşdığını deyib: “PKK dövlətin atacağı addımlara baxaraq ümumi yığıncaq keçirməli idi. Biz toplantını gündəmdən çıxardıq. Kürd problemi həll edilmədən PKK belə bir iclas keçirməyəcək. Konstitusiya dəyişiklikləri edilmədən və kürdlərin statusu bu Konstitusiyada əksini tapmadan belə bir iclas əsla keçirilə bilməz”.

Qeyd edək ki, PKK terror təşkilatı bir neçə gün bundan əvvəl verdiyi bəyanatında “kürd məsələsi”nin həllində əhəmiyyətli mərhələ olaraq göstərilən PKK konqresinin ləğv edildiyini açıqlayıb. Konqresdə təşkilatın silahı yerə qoyması barədə qərar qəbul olunmalı idi. Terror təşkilatı konqresin ləğvini prezident Rəcəb Tayyib Ərdoğanın bəyanatı ilə izah edib.

Türkiyə prezidenti kürd probleminin olmadığını və terror təşkilatı ilə eyni masaya oturmağın dövlətin çökdüyünü göstərdiyini bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm