Putinin bir zəngi ilə İsrail geri çəkildi
Bizi izləyin

Dünya

Putinin bir zəngi ilə İsrail geri çəkildi

İsrail pilotsuz təyyarələrin Ukraynaya satışını ləğv edib.

ANS PRESS-in məlumatına görə, Bloomberg agentliyi İsraildəki mənbələrinə istinadən xəbər verir ki, Ukraynaya silahın satılması ilə bağlı saziş Rusiya prezidenti Vladimir Putinin İsrail baş naziri Benyamin Netanyahu ilə telefon danışığından sonra ləğv olunub.

Baş nazir Netanyahu, İsrail Müdafiə Nazirliyi və Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bu xəbərə şərh verməkdən imtina ediblər.

Qeyd edək ki, Putin bildirmişdi ki, İsrail hökumətinin Ukraynaya silah gondərməsi bu ölkənin daxili işidir.

Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin S-300 zenit-raket sistemlərinin İrana tədarükünə qadağanı aradan qaldıran sənəd imzalamışdı. Bundan sonra İsrail qərar vermişdi ki, Ukraynaya silah göndərəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm