Polis Gülənin 6 dərnəyinə basqın etdi
Bizi izləyin

Dünya

Polis Gülənin 6 dərnəyinə basqın etdi

Türkiyənin Manisa şəhərində Fətullah Gülənin 6 dərnəyinə basqın olub.

Axar.az xəbər verir ki, keçən həftə 5 dərnəkdə keçirilən əməliyyatdan sonra mayın 5-də yenidən Manisada tədbirlər davam etdirilib. Gülən camaatına yaxın bu dərnəklərdə sənədlər müsadirə edilib. “Kimsə Yok Mu”, “Sağlık ve Eğitim”, “Feza Eğitim ve Kültür Vakfı”, “Moris Şinasi Milletlerarası Çocuk Sağlığı”, “Manisa Halk Eğitim ve Öğretim Sağlık ve Sosyal Yardım” adlı dərnəklər polis tərəfindən təftiş olunub.

Qeyd edək ki, Türkiyədə Gülən hərəkatının üzvləri olaraq dövlət içində dövlət quranlarla əlbir olmaqda şübhəli bilinən polis əməkdaşları da həbs olunur. Ölkədə paralel dövlət yaradılması iddiası ilə bağlı Ərdoğan-Gülən qarşıdurması ən sərt fazaya keçib. AKP hökumətinə ən ciddi müxalif qüvvə nurçular hesab edilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm