Bitkiçilikdə yeni təcrübə: Gübrə əvəzinə nazir sidiyi
Bizi izləyin

Dünya

Bitkiçilikdə yeni təcrübə: Gübrə əvəzinə nazir sidiyi

Hindistanın avtomobil nəqliyyatı naziri Nitin Qadkari fermerlərə “əvəzolunmaz” məsləhət verib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, nazir bitkilərin böyüdülməsi üçün təbii gübrə kimi sidikdən istifadə etməyi məsləhət görüb.

Qadkari özünün də sözügedən təbii kübrədən istifadə etdiyini bildirib. Nazir sidiyi kiçik plastik qablara topladığını deyib. “Bir dəfə mən bağbanı çağırdım və ona torpağın suvarılması üçün bu mayedən istifadə etməyi tapşırdım. Onunla gübrələnən ağaclar başqalarından fərqli olaraq yarım metr daha tez böyüdülər”, - o, qeyd edib.

Nazir əlavə edib ki, sidikdən istifadə olunaraq yetişdirilən tərəvəzləri qonşusu olan Hindistanın keçmiş baş naziri Raciv Qandinin dul arvadı Sonya Qandiyə tez-tez göndərir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm