Obama killer axtarır
Bizi izləyin

Dünya

Obama killer axtarır

ABŞ “İslam dövləti” (İŞİD) terror təşkilatının 4 liderinin başına mükafat qoyub.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə ABŞ Xarici İşlər Nazirliyindən bildirilib.

İŞİD liderlərinin yeri barədə məlumat verənlərə ümumilikdə 20 milyon dollar mükafat vəd edilib. ABŞ Xarici İşlər Nazirliyindən verilən açıqlamada deyilir kii, “Ədalət üçün mükafat” (Rewards for Justice) proqramı çərçivəsində Abdulrahman Mustafa əl-Kaduli üçün 7 milyon, Əbu Məhəmməd əl-Adnanı və Tarkan Batiraşvili üçün 5 milyon dollar, Tarık bin əl-Tahar üçün isə 3 milyon dollar mükafat vəd edilib.

Qeyd edək ki, Ömər Əl-Şişani adını qəbul edən Tarkan Batiraşvilinin ölüm xəbəri bir neçə gün bundan əvvəl yayılıb. Lakin xəbər rəsmi təsdiqini tapmayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm