“Hizbullah” Suriyaya hücuma hazırlaşır
Bizi izləyin

Dünya

“Hizbullah” Suriyaya hücuma hazırlaşır

“Hizbullah” təşkilatı Suriyanın Kalamun bölgəsinə hücuma hazırlaşır.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə “Hizbullah” lideri Həsən Nəsrullah təşkilata məxsus “Əl-Mahar” telekanalına müsahibəsində deyib. O, əməliyyat barəsində əlavə məlumat verməkdən imtina edib.

ABŞ Konqresinin İraqdakı kürd və sünni qrupların silahlandırılması ilə bağlı ötən həftə qəbul etdiyi qərarına toxunan “Hizbullah” lideri qeyd edib ki, ABŞ-ın İŞİD-ə qarşı yaratdığı koalisiyanın əsas məqsədi əvvəl İraqı, daha sonra bütün bölgəni məzhəb və etnik təməllər əsasında bölməkdir.

“Ərəbləri məzhəb və siyasi təməllərə görə bölmək istəyirlər. Bölgədə yerləşən ölkələr zəiflədiləcək, bir-biri ilə döyüşdürüləcək və nəhayət, bölüşdürüləcək. İraqın bölünməsi üçün atdıqları ilk addım ABŞ Konqresinin İraqdakı qrupların silahlandırılması barədə qərarıdır. İraqdan sonra Yəməni, Suriyanı, hətta özləri ilə əməkdaşlıq edən ölkələri böləcəklər. Səudiyyə Ərəbistanını da böləcəklər”, - Həsrullah vurğulayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm