Krımda sualtı diversant qrup aşkar edildi- YENİLƏNDİ - VİDEO
Bizi izləyin

Dünya

Krımda sualtı diversant qrup aşkar edildi- YENİLƏNDİ - VİDEO

Ukraynanın Sevastopoldakı hərbi dəniz qüvvələri Strelets körfəzində təxminən 20 nəfərdən ibarət sualtı diversant qrupunu aşkar edib.

Publika.Az –ın “unian.net” saytına istinadən verdiyi məlumata görə, bu barədə Sevastopoldakı məlumatlı hərbi mənbə bildirib.

Sualtı diversantların bir neçə dəqiqə suyun üzərində qalaraq yoxa çıxdığı deyilir. Mənbə hesab edir ki, bu cür hərəkətlərin hədəfi Ukrayna hərbi dəniz qüvvələrinin şəxsi heyətinə psixoloji təzyiq göstərməkdir. Onun sözlərinə görə, Ukraynanın Krımdakı hərbi hissələrində bu gecə kifayət qədər sakit keçib.

“Bununla belə, Sevastopolda ekstremist təşkilatların nümayəndələri Ukraynanın hərbi dəniz qüvvələrinin yerləşdiyi ərazinin hasarını keçmək üçün iki dəfə uğursuz cəhd ediblər”, - mənbə söyləyib.

Ömər Dağlı

11.15

Krımda rus hərbçilərin sayı 25 minə çatdırıla bilər

Rusiya Krımdakı hərbçilərin sayını 25 minə qədər artıra bilər.Publika.Az –ın İTAR-TASS xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Federasiyanın BMT-dəki daimi nümayəndəsi Vitali Çurkov qurumun iclasında bildirib.

Ukraynanın BMT-dəki nümayəndəsi Yuri Sergeyev Krımdakı Rusiya hərbçilərinin sayının 16 minə çatdırıldığını və bununla da ikitərəfli razılaşmaların pozulduğunu dilə gətirib. V.Çurkin isə cavabında Krmdakı rus hərbçilərin sayının 25 minə çatdırıla biləcəyini və bunun razılaşmanın bir hissəsi olduğunu deyib.

ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Samanta Pauer isə çıxışında bildirib ki, Ukraynanın yeni hakimiyyətin ölkənin şərqində və cənubunda yaşayan rus əhalisi üçün təhdid olması ilə bağlı heç bir sübut yoxdur. “Hərbi müdaxiləyə mövcud olmayan təhlükələrlə bəraət qazandırıla bilməz. Rusiya hərbçilərinin səfərbərliyi xəyali təhlükəyə cavabdır”, - S.Pauer bildirib.

V.Çurkin isə ABŞ nümayəndəsinə cavabında “o, informasiyanı Amerika televiziyalarından alır” söyləyib.

Ömər Dağlı

11.04

Rusiya qoşunu geri çəkildi

Rusiya prezidenti Vladimir Putin hərbi təlimlərdə iştirak etmiş qoşun birləşmələrini geri çağırıb.

Publika.Az –ın İTAR-TASS xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə prezidentin mətbuat xidmətinin rəhbəri Dmitri Puskov bildirib.

Onun sözlərinə görə, dünən Rusiya Federasiyası Silahlı Qüvvələrinin ali baş komandanı kimi Vladimir Putinə hərbi təlimlərin uğurla başa çatdığı bağlı təlimat verilib. Bundan sonra dövlət başçısı təlimlərdə iştirak edən bütün hərbi birləşmələrin daimi dislokasiya yerinə qayıtması ilə bağlı əmr edib.

Qeyd edək ki, 26 Fevral tarixində müdafiə naziri Sergey Şoyqu Vladimir Putinin Qərb və Mərkəzi hərbi dairələrin döyüş hazırlığının yoxlanılması üçün hərbi təlimlərin keçirilməısi barədə tapşırıq verdiyini bildirmişdi. Təlimlərdə Qərb hərbi dairəsinin bütün qoşun növləri, mərkəzi hərbi dairənin 2-ci ordusu, hava-kosmik müdafiəsi komandanlığı, hava desant qoşunları, hərbi-nəqliyyat aviasiyaları iştirak etmişdi.

Ömər Dağlı

10.31

Rusiyanı Krıma “qanuni prezident” çağırıb

Krıma 16 minə yaxın Rusiya hərbçisi gətirilib. Yarıformal yaraqlı dəstələr də "rusları" müdafiə etmək üçün yarımadaya axışmaqdadır. Ukrayna hərbi hissələri Rus ordusunun mühasirəsindədir, onlara saat 5-dək ultimatum verilib.

Publika.Az –ın verdiyi xəbərə görə, bu barədə “Azadlıq” radiosu yazıb.Rusiyalı deputat Segey Markov bəyan edib ki, Ukrayna hərbi hissələrinin təslim olması üçün onların su və işığını kəsmək lazımdır.

Rusiya isə Ukraynaya qoşun yeritməsini Ukraynanın sabiq prezidenti Viktor Yanukoviçin xahişi ilə etdiyini bildirir. Qeyd olunur ki, Yanukoviç Rusiya prezidenti Vladimir Putinə məktub yazaraq “qayda-qanunun bərpası üçün” Ukraynaya qoşun yeritməyə çağırıb. Yanukoviçin 1 Mart tarixli müraciətini BMT-nin Təhlükəsizlik Şurasının iclasında Rusiyanın qurumdakı nümayəndəsi Vitali Çurkin oxuyub.

Yanukoviç müraciətdə yazır ki, Maydan hadisələri hakimiyyətin qanunsuz olaraq ələ keçirilməsi ilə nəticələnib, anarxiyaya, xüsusən də ölkənin şərqində və Krımda insanların haqlarının pozulmasına səbəb olub: “Xarici ölkələrin təhriki ilə açıq terror və zorakılıq həyata keçirilir, insanlar siyasi motivlərə görə və dilinə görə təqib edilir”.

V.Çurkin növbəti dəfə Rusiyanın hərbi müdaxiləsinə haqq qazandıraraq ABŞ-ın Qrenadaya müdaxiləsi xatırladıb və Krımla bağlı razılaşmaya əsasən Rusiyanın burada hərbi fəaliyyət hüququnun olduğunu bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm