İslam Kərimov da Putinə “yox” dedi
Bizi izləyin

Dünya

İslam Kərimov da Putinə “yox” dedi

Özbəkistan prezidenti İslam Kərimov Böyük Vətən müharibəsində qələbənin 70-ci ildönümü ilə bağlı Moskvanın Qızıl Meydanında keçiriləcək bayram tədbirlərində iştirak etməkdən imtina edib.

Publika.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə “Novıy vek” (“Yeni əsr”) nəşrinə Özbəkistan prezidentinin mətbuat xidmətindən anonim mənbə bildirib.

Mənbə qeyd edib ki, həmin gün respublikada bir sıra tədbirlər keçiriləcək.

Bundan əvvəl isə Kremlin dəvətindən Polşa, Finlandiya, Cənubi Koreya, İsrail, Bolqarıstan, Moldova, Litva, Latviya və Estoniya prezidentləri imtina ediblər. Almaniya kansleri Angela Merkel Moskvaya mayın 10-da gəlmək niyyətindədir.

Moskvanın yaxın müttəfiqi sayılan Belorus prezidenti Aleksandr Lukaşenko da Rusiya prezidenti Vladimir Putinin dəvətini geri çevirib. O, qərarını bu şəkildə əsaslandırıb ki, mayın 9-da Minskdə parad qəbul etməlidir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm