• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

İsrail İranın silah anbarını vurub - İDDİA

  • Dünya
  • 6 May 2015 17:07
  • 555 Baxış
İsrail İranın silah anbarını vurub - İDDİA

Sudanın Omdurman bölgəsində yerləşən bir silah anbarına aviazərbələr endirilib.

Publika.az Türkiyənin “Haber7” saytına istinadən xəbər verir ki, ərəb mediası hücumun İsrail tərəfindən həyata keçirildiyini iddia edib.

Təl-Əviv isə ona qarşı səslənən ittihamlarla bağlı şərh verməyib.

Xatırladaq ki, Sudan rəhbərliyi paytaxt Xartum yaxınlığında yerləşən silah fabrikinə 2012-ci ildə təşkil edilən hücuma görə İsraili günahlandırıb. İsrail isə İranın Sudanda silah istehsal etdiyini iddia edir.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR