Debaltsevonun tutulması Rusiyada qələbə günü hesab olundu – FOTOLAR
Bizi izləyin

Dünya

Debaltsevonun tutulması Rusiyada qələbə günü hesab olundu – FOTOLAR

Rusiyanın Kaluqa şəhərində Böyük Vətən Müharibəsində qələbənin 70-ci ildönümü ilə bağlı böyük lövhə hazırlanıb.

Publika.az “Unian.net” saytına istinadən xəbər verir ki, Rusiyanın tarixdə qazandığı ən böyük qələbələr lövhədə əksini tapıb.

Diqqətçəkən məqam isə odur ki, qələbələrin siyahısına Ukraynanın Donetsk vilayətinin Debaltsevo şəhərinin tutulması da yer alıb. Debaltsevo şəhərinin tutulması tarixi olaraq 19 fevral 2015-ci il göstərilib.

Qələbələr siyahısında Debaltsevonın tutulması 23 avqust 1943-cü ildə qazanılan Kursk döyüşündən sonra yerləşdirilib.

Bir neçə metr uzunluqda olan lövhədə həmçinin “Bu gün Krım - sabah Roma” yazılıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm