İstefa ərizəsini tortun üzərində yazdı - FOTO
Bizi izləyin

Dünya

İstefa ərizəsini tortun üzərində yazdı - FOTO

ABŞ-ın KOLD TV telekanalının yayım üzrə direktoru Mark Herman istefa ərizəsini tortun üzərində yazıb.

Publika.az xəbər verir ki, bu barədə “New York Daily News” nəşri bildirib.

İş üçün başqa bir şəhərə köçən Herman bildirib ki, KOLD TV-nin kollektivi üçün darıxacaq. “Mən və həmkarlarım həqiqətən də bir komanda idi. Düşünürəm ki, tort bizim ayrılmağımızı daha az kədərli edəcək. Tortu yeyərək kədərlənmək olmaz”, - o, deyib.

Herman tortu yerli şirniyyat sexlərindən birində sifariş verib. O, sexə istefa ərizəsinin elektron variantını göndərib.

Qeyd edək ki, bu, tortun üzərində istefa ərizəsinin yazıldığı ilk hadisə deyil. İngiltərədə gömrük xidmətindən çalışan bir işçi 2013-cü ildə işdən çıxarkən bu metoddan istifadə edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm