Finlandiyada ehtiyatda olan hərbçilərin səfərbərliyi başlanıb
Bizi izləyin

Dünya

Finlandiyada ehtiyatda olan hərbçilərin səfərbərliyi başlanıb

Finlandiyanın silahlı qüvvələri ehtiyatda olan təqribən 900 min hərbçiyə çağırış göndərib. Hərbi idarənin verdiyi məlumata görə, bu, ən böyük səfərbərlik kampaniyasıdır: hərbi büdcənin azalması fonunda bu səfərbərliyin müddətli xidmətdə olmuş əsgərlərlə kommunikasiyanın daha da yaxşılaşmasına gətirib çıxaracağı gözlənilir. Silahlı qüvvələrin nümayəndəsi Mika Kalliomaa deyib ki, çağırışlarda müharibə vaxtı üçün ehtiyatda olanların fəaliyyəti barədə məlumat vardır.

Bu il Finlandiyanın müdafiə büdcəsi 3 milyard dollaradək azalıb.

Keçən həftə hərbçilər Helsinki yaxınlığında dənizdə naməlum sualtı qayıq göründüyünü bildiriblər. Bazar ertəsi isə Finlandiya KİV-ləri ölkənin sahilləri yaxınlığında naməlum sualtı qayığın fotoşəkillərini dərc edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm