Məşhur aktyor 5 il azadlıqdan məhrum edildi - FOTO
Bizi izləyin

Dünya

Məşhur aktyor 5 il azadlıqdan məhrum edildi - FOTO

Hindistan məhkəməsi məşhur Bollivud aktyoru Salman Xanı iki nəfərin ölümündə günahlandıraraq 5 il azadlıqdan məhrum edib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, məhkəmə sənədlərinə görə, Salman Xan 2002-ci ildə Mumbay şəhərində idarə etdiyi avtomobili çörək köşklərindən birinə vurub. Avtomobil çörək dükanının qarşısında gecələyən 5 evsizin üstündən keçib. Onlardan ikisi hadisə yerində ölüb, üç nəfər isə yaralanıb.

Təqsirləndirilən aktyor isə ittihamları rədd edir. O həmin vaxt sükan arxasında sürücüsünün olduğunu deyib.

Aktyor məhkəmənin hökmündən apellyasiya şikayəti verəcəyini deyib.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm