Dünya
ABŞ: Uşaq doğuşu üçün ən təhlükəli varlı ölkə
İnkişaf etmiş ölkələr arasında uşaq doğuşu zamanı qadının ölüm ehtimalı ABŞ-da daha yüksəkdir.
Publika.az BBC-yə istinadən xəbər verir ki, bu barədə "Save the Children" təşkilatının dərc etdiyi hesabata bildirilir. "State of the World’s Mothers 2015" adlı hesabatın nəticələrinə görə, Amerika qadını üçün hamiləlik dövründə və ya doğuş zamanı ölüm ehtimalı Avstriydakı və ya Polşa və Belarusdakı qadın üçün hesablanmış ehtimaldan orta hesabla 10 dəfə daha risklidir.
Rifah əmsalına görə ABŞ dünyanın dördüncü ölkəsi sayılsa da, "Save the Children" təşkilatının hesabatında doğuş zamanı ölüm hallarına görə dünya ölkələri arasında 33-cü yeri tutub, bu isə keçən ildəki göstəricidən iki pillə geridir.
Ən geridə qalmış paytaxt
Körpə ölümü riski inkişaf etmiş ölkələrin 25 paytaxtı arasında Vaşinqtonda daha böyükdür. 2013-cü ildə hər 1000 doğuşa 6,6 ölüm halı qeydə alınıb. Bu, ABŞ-ın Kolumbiya dairəsi üçün ən aşağı göstərici sayılsa da, Stokholm və Tokio üçün müvafiq göstəricilərdən 3 dəfə çoxdur.
Vaşinqtonun yoxsul rayonlarında isə uşaqlar arasında ölüm hadisələri varlı rayonlardan olan uşaqlar üçün müvafiq göstəricini 10 dəfə üstələyir. Şəhər əhalisinin sayı artdıqca, varlı və yoxsul uşaqların sağlamlıq durumu arasında fərq də artmaqdadır.
Varlı-yoxsul fərqi
Hesabatda Kampala və Əddis-Əbəbə şəhərləri də daxil olmaqla dünyanın paytaxt şəhərlərində doğuş zamanı anaların və körpələrin ölüm əmsalının azalması qeyd olunub. Eyni zamanda həmin statistikada varlı və yoxsul uşaqlar arasında ömür müddəti fərqinin artdığı vurğulanıb. Yoxsul şəhər uşaqları arasında ölüm riski digər həmyaşıdlarına nisbətən 3-5 dəfə çoxdur.
Bu fərq xüsusilə Bangladesh, Qana, Hindistan, Keniya, Nigeriya, Peru və Vyetnam kimi ölkələrdə daha çox nəzərə çarpır. Bununla belə, Misirin paytaxtı Qahirədə və Qvatemala Siti şəhərlərində körpələr arasında ölüm halları əmsalının azaldığı, həmin şəhərlərdə yoxsul və varlı ailələrin uşaqları arasındada ölüm əmsalında fərqin nisbətən daha az olduğu bildirilib.
-
Sosial18:40
Xankəndidə dünyaya gələn ilk körpənin ailəsinə MÜJDƏ
-
Sosial17:54
Əli Əsədov qərar imzaladı
-
Qarabağ 17:13
Xankəndidə ilk körpə dünyaya gəldi - FOTO
-
Qarabağ 16:38
Bu ölkələr Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik
-
Rəsmi xronika16:13
Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq
-
Nida Xəbər 16:08
SON DƏQİQƏ: Qazaxın azad edilən kəndində bayrağımız qaldırıldı - VİDEO
-
Rəsmi xronika15:28
Biz buna həm də ölkəni təqdim etmək fürsəti kimi baxırıq - Prezident
-
Nida Xəbər 14:46
Göyçə yolu bağlandı: Basarkeçərin 10 kəndi qaytarılır?