• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

ŞOK: 10 yaşlı qız atasından uşaq dünyaya gətirəcək

  • Dünya
  • 7 May 2015 06:56
  • 3 378 Baxış
ŞOK: 10 yaşlı qız atasından uşaq dünyaya gətirəcək

Paraqvay Səhiyyə Nazirliyi zorlanan on yaşlı qızın abort olunmasına icazə verməyib.

Publika.az “Reuters” informasiya agentliyinə istinadən xəbər verir ki, nazir Antonio Barrios qızın anasının bu barədə etdiyi xahişini yerinə yetirməyib.

Nazir qeyd edib ki, hamiləliyin altıncı ayında olan qıza həkimlər və psixoloqlar nəzarət edir. “Qızın sağlamlığına təhlükə olduğunu göstərən heç bir əlamət yoxdur. Ona görə də qızın hamiləliyinin dayandırılmasına icazə verə bilmərik”, - nazir deyib.

Yerli hüquq müdafiəçiləri isə bildiriblər ki, hakimiyyətin qərarı qızın həyatını təhlükə altına qoyur.

Qeyd edək ki, qız 2014-cü ildə 42 yaşlı atalığı tərəfindən zorlanıb. Həkimlər hamiləlik haqqında yalnız 20 həftədən sonra xəbər tutublar. Qız xəstəxanaya mədə ağrısı ilə şikayət edib. Qızın atalığı evindən qaçıb və prokurorluq onun həbsinə order verib.

Paraqvar yeniyetmə hamiləliyin səviyyəsinə görə Latın Amerikasında birinci yerdədir. Uşaq ölümlərinin dörddə biri isə qeyri-leqal abortlarla bağlıdır.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR