"Qanuni oğrular" Rusiyada qiyam qaldırdı: girovlar var
Bizi izləyin

Dünya

"Qanuni oğrular" Rusiyada qiyam qaldırdı: girovlar var

Rusiyanın Nijeqorod ərazisində yerləşən həbsxanada dustaqlar qiyam qaldırıb.

ANS PRESS-in məlumatına görə, qiyamçı məhbuslar həbsxanada çalışan zabitləri girov götürüb.

Hazırda Nijeqorod ərazisində yerləşən müalicə-islahedici müəssisədə qarışıqlıqlar davam edir. Həbsxana LİU-3 xüsusi təyinatlı qüvvələr tərəfindən mühasirəyə alınıb.

İlkin informasiyaya görə, “qanuni oğru” ların qaldırdığı qiyam onların hələ davam edən nüfuz müharibəsindəki növbəti döyüşlərdən biri sayılır. Rusiya mətbuatı bu işdə Azərbaycanlı “qanuni oğru”ların da yer aldığını qeyd edib.

Girovların sayı dəqiqləşdirilir. Koloniya tam mühasirəyə alınıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm