Tanınmış psixoloq intihar etdi
Bizi izləyin

Dünya

Tanınmış psixoloq intihar etdi

Xərçəng xəstəliyindən əziyyət çəkən rusiyalı professor intihar edib.

Publika.az RİA informasiya agentliyinə istinadən xəbər verir ki, Mixail Kondratyevin cəsədi Moskva şəhərinin ətrafındakı evində tapılıb.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, Moskva şəhər Psixologiya-pedaqogika Universitetinin sosial psixologiya fakültəsinin 59 yaşlı dekanı intihardan əvvəl məktub yazıb. Professor məktubunda ölümünə görə heç kimi gunahlandırmamağı xahiş edib. O, xəstəliyi ilə apardığı mübarizədən yorulduğunu bildirib.

Təhsil sahəsində Rusiya prezidentinin mükafatına layiq görülən Kondratyev “Sosial psixologiya və cəmiyyət” beynəlxalq elmi jurnalın baş redaktoru idi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm