Avropanın “kökələn” ölkələri - SİYAHI
Bizi izləyin

Dünya

Avropanın “kökələn” ölkələri - SİYAHI

Növbəti 15 il ərzində Avropa ölkələrinin əhalisində əsas problem piylənmə olacaq.

Publika.az “The Guardian” nəşrinə istinadən xəbər verir ki, belə bir proqnozla Ümumdünya Səhiyyə Təşkilatı çıxış edib. Təşkilatın proqnozuna görə, 15 il sonra Avropada kişilərin 75, qadınların isə 66 faizi artıq çəkidən əziyyət çəkəcəklər. Artıq çəkidən daha çox əziyyət çəkənlər isə Yunanıstan, İrlandiya, İspaniya, Avstriya və Çexiyanın əhalisi olacaq. Hətta artıq çəkinin nadir hallarda rast gəlindiyi İsveçdə belə bu göstəricinin əhəmiyyətli artımı gözlənilir.

2030-cu ildə İrlandiyada kişilərin 89, qadınların isə 85 faizi artıq çəkiyə malik olacaq. Böyük Britaniyada isə bu göstərici müvafiq olaraq 74 və 64 faiz təşkil edəcək.

Ümumdünya Səhiyyə Təşkilatının ekspertləri hesab edirlər ki, Avropa hökumətləri daha keyfiyyətli qidaları əhali üçün əlçatan etməli, qidaların tərkibində şəkər və piylər daha az olmalıdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm