Sergey Narışkin: “ABŞ bunu barbarcasına etdi”
Bizi izləyin

Dünya

Sergey Narışkin: “ABŞ bunu barbarcasına etdi”

Rusiya Dövlət Dumasının spikeri Sergey Narışkin ABŞ-a İkinci Dünya müharibəsindəki Xirosima və Naqasaki hadisələrini xatırladıb.

Publika.az RİA xəbər agentlyinə istinadən xəbər verir ki, Narışkin ABŞ-ın dünyada atom silahı tətbiq edən yeganə ölkə olduğunu bildirib.

“Rusiya faşizm üstündə qələbəyə Amerikanın verdiyi töhfəni xatırlayır. Amma təəssüf ki, ABŞ-ın indiki siyasəti Xirosima və Naqasakinin bombalanmasını xatırlamağa məcbur edir. ABŞ atom silahını tətbiq edən yeganə ölkədir. Həm də bunu barbarcasına etdi. Çünki atom silahı mülki əhaliyə qarşı tətbiq olunmuşdu”, - Dövlət Dumasının spikeri deyib.

Xatırladaq ki, 1945-ci ilin avqustunda amerikalı pilotlar Yaponiyanın Xirosima və Naqasaki şəhərlərinə atom bombaları atıblar. Xirosimada partlayış anında 350, daha sonra onun nəticələrindən 140 min nəfər, Naqasakidə isə 74 min nəfər həyatını itirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm