ABŞ Əsədin devrilməsi planının icrasına başladı
Bizi izləyin

Dünya

ABŞ Əsədin devrilməsi planının icrasına başladı

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) bu həftənin sonuna kimi Suriya müxalifətinin hərbi hazırlığı üzrə proqramın icrasına başlamaq niyyətindədir.

Publika.az CNN-ə istinadən xəbər verir ki, bu barədə Pentaqondakı mənbə bildirib.

Məlumata görə, təlimlər Türkiyə və İordaniya ərazisində keçiriləcək. Mənbə qeyd edib ki, müxalifətin hərbi hazırlığı “İslam dövləti” (İŞİD) terror təşkilatına qarşı döyüş əməliyyatlarına hesablanıb.

ABŞ-ın 400 hərbi təlimatçısı artıq adıçəkilən ölkələrə gəlib. Təlimlərdə iştirak etmək üçün Suriya müxalifətindən təxminən üç min nəfər yazılıb. Hazırda 400 müxalifətçi müvafiq yoxlamadan keçib. Məlumata görə, müxalifət qüvvələri tibbi yardımın göstərilməsi, döyüş əməliyyatlarının taktikası, odlu silahlar və radioötürücülərdən istifadə üzrə biliklər alacaq. Telekanalın məlumatına görə, plan ondan ibarətdir ki, müxalifətçilər doğma şəhərlərinə qayıdaraq İŞİD-ə qarşı mübarizə aparacaqlar.

Lakin ekspertlər hesab edirlər ki, təlimlərin əsas məqsədi Bəşər Əsəd rejiminin devrilməsi üçün daha peşəkar və mütəşəkkil hərbi güclərin formalaşdırılmasıdır. Həmçinin Pentaqondakı mənbələr hesab edir ki, təlim alan döyüşçülərdən bəziləri Bəşər Əsəd rejiminə qarşı tətbiq oluna bilər. Ancaq hərbçilər əlavə ediblər ki, bu, təlimlərin əsas hədəfi deyil.

Gözlənildiyi kimi, Vaşinqton təlim alan döyüşçülərə silah, yük maşınları və radiostansiya verəcək. Suriyanın Müxalif və İnqilabçı Güclər Milli Koalisiyasının prezidenti Xalid Xoca öz növbəsində bildirib ki, Vaşinqton Əsəd rejiminin rəqiblərinə dəstəyi çox kiçik həcmlərdə və çox yavaş verir. “Suriyada terrorçuluğa və hakim rejimə qarşı mübarizə aparmaq üçün imkanlarımız və qabiliyyətimiz var. Amma Azad Suriya Ordusunun döyüşçülərinə daha sürətlə hərbi təlim keçmək lazımdır”, - o qeyd edib.

Suriya müxalifətinin təlim proqramına görə, hər il təxminən beş min döyüşçü hərbi təlim almalıdır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm