Dünya
Saakaşvilinin tərəfdarları İvanişvilinin ölkədən çıxmasını tələb edirlər
Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin lideri olduğu “Vahid Milli Hərəkat” Partiyasının fəalları keçmiş baş nazir Bidzina İvanişvilinin iqamətgahı qarşısında etiraz aksiyası keçiriblər.
Publika.az Gürcüstan mediasına istinadən xəbər verir ki, aksiya iştirakçıları “Gürcü arzusu” koalisiyasının banisi, milyarder Bidzina İvanişvilidən dövlət işlərinə qarışmamağı və Gürcüstanı tərk etməyi tələb ediblər.
“Bu gün hökumətdə nepotizm (peşəkarlığından asılı olmayaraq dövlət vəzifələrinə qohumlar və yaxın adamlarının yerləşdirilməsi – red.) çiçəklənir. Əgər sən İvanişvilinin qohumu və yaxud yaxın adamı deyilsənsə, o halda heç bir vəzifə almayacaqsan. O, öz yaxınlarına dövlət mülkiyyətini tamamilə pulsuz paylayır. Buna görə də o, Gürcüstanı tərk etməlidir”, - aksiyanın təşkilatçılarından olan Qoqa Oniani bildirib.
Aksiyanın digər bir iştirakçısı David Napetvaridze qeyd edib ki, Bidzina İvanişvili tərəfindən idarə olunan hökumət Gürcüstanı dərin iqtisadi böhrana sürükləyir:
“Hökumət istefa verməlidir. Yalnız növbədənkənar parlament seçkiləri və yeni peşəkar hökumətin hakimiyyətə gəlişi Gürcüstanı xilas edəcək”.
Ömər Dağlı
-
Dünya22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK
-
MDB21:50
95 yaşlı diplomat öldü
-
Nida Xəbər 21:20
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
-
Magazin120:59
Dilarə səhnə geyimi ilə gündəm oldu - VİDEO
-
Elm və təhsil20:40
Buraxılış imtahanının nəticələri açıqlandı
-
Ekologiya18:49
Hava şəraiti kəskin dəyişəcək - XƏBƏRDARLIQ
-
Avropa18:38
İranın Parisdəki konsulluğuna partlayıcı ilə daxil olan şəxs SAXLANILDI
-
Region17:53
Əcnəbilərə sertifikatları pulla satan rektor işdən çıxarıldı