Kameron çətin imtahan qarşısında
Bizi izləyin

Dünya

Kameron çətin imtahan qarşısında

İngiltərədə bu gün parlament seçkiləri keçirilir.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, İngiltərə parlamentinin aşağı qanadı olan Avam Kamerasına 650 millət vəkili seçiləcək.

Təkbaşına hökumət qurmaq üçün 326 mandatın qazanılması lazımdır. Lakin hər hansı bir partiyanın mütləq əksəriyyəti təmin edəcəyi ehtimalı çox aşağıdır. Bu isə koalisiya hökumətini gündəmə gətirir. İngiltərədə seçki baryeri yoxdur və mojaritar seçki sistemi tətbiq olunur.

Ölkənin tanınmış araşdırma şirkətlərindən olan “YouGova”ya görə ölkədə heç bir seçkilərdə ümumi tablo bu qədər qeyri-müəyyən olmayıb. Bu vaxta kimi ən çox 11 mandat qazanan Nikola Stercenin liderlik etdiyi Şotlandiya Milli Partiyası (SNP) yüksəliş dövrünü yaşayır və partiya ən azı 40 mandat qazanaraq seçkilərdə 3-cü olmağı qarşısına məqsəd qoyub. Keçirilən son sorğular Mühafizəkarlar Partiyası və İşçi Partiyasının təxminən bərabər nəticə qazanacağını göstərir. Sorğulara görə, baş nazir Devid Kameronun lideri olduğu Mühafizəkarlar Partiyası 34, Ed Milibandın lideri olduğu İşçi Partiyası 33, Nigel Farajın liderlik etdiyi Birləşmiş Krallıq Müstəqillik Partiyası (UKIP) 14, iqtidarın ortağı Nik Kleqqin rəhbəri olduğu Liberal Demokratlar Partiyası 8 faiz səsə sahibdir.

Partiyaların seçki kampaniyasında iqtisadiyyat, səhiyyə, təhsil, xarici siyasət və müdafiə kimi mövzular yer alıb. Müzakirələrin əsas hissəsi isə iqtisadiyyatla bağlı olub.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm