“III Dünya Müharibəsi”nin tankı məşqdə biabır oldu – VİDEO
Bizi izləyin

Dünya

“III Dünya Müharibəsi”nin tankı məşqdə biabır oldu – VİDEO

Böyük Vətən müharibəsində qələbənin 70-ci ildönümü ilə bağlı Moskvanın Qızıl Meydanında keçiriləcək Qələbə Paradının məşqində fövqəladə hadisə baş verib.

Publika.az “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, bir çox hərbi ekspertlər tərəfindən Üçüncü Dünya Müharibəsinin tankı hesab olunan T-14 “Armata” tankı Qızıl Meydanda xarab olub.

Məşqi izləyən şahidlərin sözlərinə görə, “Armata” tanklarından biri düz Mavzoleyin qarşısında dayanıb. “Komsomolskaya Pravda” qəzetinin müxbiri Dmitri Smirnov “Twitter” səhifəsində tankın bir neçə dəqiqə sonra təxliyyə edildiyini bildirib. Təxliyyə haqqında qərar müdafiə naziri Sergey Şoyqunun tanka yaxınlaşmasından sonra verilib.

Tankın istehsalçısı “Uralvaqonzavod”un nümayəndələri isə bildiriblər tank tamamilə saz olub. Tankın dayanmasını isə onun sürücüsünün təcrübəsizliyi və həyəcanı ilə izah ediblər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm