Pornoqrafiya istehsalında ittiham olunan sovet dissidenti komaya düşdü
Bizi izləyin

Dünya

Pornoqrafiya istehsalında ittiham olunan sovet dissidenti komaya düşdü

Keçmiş SSRİ-nin tanınmış dissidentlərindən biri, yazıçı Vladimir Bukovski bir neçə saatlıq ürək əməliyyatından sonra Almaniyada özəl klinikada süni koma vəziyyətinə salınıb.

Publika.az xəbər verir ki, bu barədə Britaniyanın BBC radio yayım korporasiyası bildirib.

Bukovskinin köməkçisi Pavel Stroylovun məlumatına görə, əməliyyat müvəffəqiyyətlə keçib. Vəziyyəti kritik hesab edilməsə də, yazıçının həyatına təhlükənin qaldığı bildirilir. Bukovskinin 72 saat ərzində koma vəziyyətində saxlanılacağı deyilir.

Qeyd edək ki, yazıçı Böyük Britaniyada uşaq pornoqrafiyasının istehsalı və saxlanılmasında ittiham edilib. Dissident mayın 5-də Kembric magistrat məhkəməsində hakim qarşısına çıxmalı olsa da, o, sağlamlıq vəziyyəti ilə əlaqədar ölkəni tərk edib. Məhkəmə prosesi 22 may tarixinə qədər təxirə salınıb.

İstintaqın məlumatına görə, yazıçı tərəfindən sözügedən qanun pozuntuları 28 oktyabr 2014-cü il tarixinə kimi edilib.

Qeyd edək ki, Vladimir Bukovski SSRİ-də dissident hərəkatının banilərindən biri hesab olunur. Vladimir Bukovski 1972-ci ildə SSRİ-də "antisovet təşviqatı və təbliğatı" maddəsi ilə 7 il müddətinə azadlıqdan məhrum edilib. Sovet qanunvericiliyini nəzərə alsaq, Bukovski tamamilə haqlı olaraq azadlıqdan məhrum edilib. Onun özü etiraf edib ki, 14 yaşında Nikita Xruşşovun stalinizm cinayətləri haqqında məruzəsini eşidəndən sonra antikommunist olub. O, bundan sonra dissident hərəkatına fəal olaraq qoşulub və öz fəaliyyəti ilə hüquq-mühafizə orqanlarının işini xeyli çətinləşdirib.

Bukovski 1976-cı ildə Çili Kommunist Partiyasının lideri Luis Korvalanı ilə İsveçrədə dəyişdirilib. O, bundan sonra Britaniyada yerləşib. Dissident 2008-ci ildə Rusiyada prezident seçkilərində iştirak etmək istəyib. Lakin Rusiya Mərkəzi Seçki Komissiyası onun namizədliyini qeydə almayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm