Fransa məhkəməsindən Sarkoziyə bəd xəbər
Bizi izləyin

Dünya

Fransa məhkəməsindən Sarkoziyə bəd xəbər

Fransa məhkəməsi ölkənin keçmiş prezidenti Nikola Sarkozinin vəkili ilə etdiyi telefon danışıqlarının dəlil olaraq istifadə edilməsi barədə qərar verib.

Publika.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi bildirib.

Siyasətçinin telefon danışıqları 2007-ci ildə keçirilən prezident seçkisi kampaniyasının maliyyələşdirilməsi ilə bağlı qaldırılan cinayət işi üzrə araşdırma çərçivəsində dinləniləcək. Günahının sübuta yetiriləcəyi halda sabiq prezident 10 ilə qədər azadlıqdan məhrum oluna bilər. Sarkozinin vəkilləri məhkəmənin qərarından apellyasiya verəcəyini bildiriblər.

Qeyd edək ki, sabiq prezident “L'Oreal” şirkətinin keçmiş rəhbəri Lilian Betankurun etimadından sui-istifadə etməkdə ittiham olunur. Sarkozinin seçki kampaniyası üçün 150 min avro aldığı bildirilir. Nikola Sarkozi barəsində açılan cinayət işi 2013-cü ilin oktyabrında lazımı sübutlar olmadığı üçün bağlanıb. Lilian Betankurun 2007-ci ildə Nikola Sarkozinin seçki kampaniyasını maliyyələşdirdiyi məlum olub.

2014-cü ilin may ayında Fransanın müxalif “Xalq Hərəkatı Naminə İttifaq” partiyasının yüksək vəzifəli üzvü 2012-ci ildə seçkiqabağı kampaniya zamanı Nikola Sarkozinin bank hesabları ilə manipulyasiyalar etdiyini etiraf edib.

Sarkozi 2007-dən 2012-ci ilə qədər Fransa prezidenti olub. O, 2017-ci il prezident seçkilərində potensial namizədlərdən biridir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm