İranın ələ keçirdiyi gəmi azad edilib
Bizi izləyin

Dünya

İranın ələ keçirdiyi gəmi azad edilib

Ötən həftə İran tərəfindən Hörmüz Boğazında ələ keçirilən gəmi azad edilib.

Publika.az-ın məlumatına görə, bu barədə İranın rəsmi xəbər agentliyi məlumat yayıb. Məlumata görə, Maersk Tigris gəmisinin hərəkət etməsinə icazə verilib. Lakin gəminin operatoru olan Rikmers Gəmi İdarəçiliyindən onlara bu barədə məlumat verilmədiyi bildirilib.

Marşal Adaları gəmisi və onun 24 nəfərdən ibarət heyəti 28 apreldə İranın patrul qayıqları tərəfindən ələ keçirilib.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif keçən həftə bildirib ki, gəmi uzun sürən hüquqi çəkişməyə görə saxlanılıb. Cavad Zərifin sözlərinə görə, İran məhkəməsi tərəfindən özəl şirkətə zərərə görə gəminin aid olduğu Danimarka gəmiçilik şirkətinə cərimə ödəməsi tapşırılıb.

Mübahisənin həll olunub-olunmadığı isə məlum deyil.

Gəminin dünyanın ən əhəmiyyətli gəmi nəqliyyatı zolağında ələ keçirilməsi beynəlxalq gərginliyə səbəb olub.

ABŞ vəziyyətə nəzarət etmək üçün bölgəyə dağıdıcı USS Farragut göndərib.

Maersk bildirib ki, onun gəmisi saxlanılarkən beynəlxalq dəniz yolunda olub. Rəsmi Tehran isə iddia edir ki, gəmi İran sularına daxil olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm