Rusiya ordusu Ağ Evin fasadında Qələbə Paradı keçirdi - VİDEO
Bizi izləyin

Dünya

Rusiya ordusu Ağ Evin fasadında Qələbə Paradı keçirdi - VİDEO

Vaşinqtonda Ağ Evin fasadında Rusiya hərbi texnikasının hərəkətinin təsvir edildiyi videoçarx hazırlanıb.

Publika.az xəbər verir ki, “Şəbəkə” siyasi gənclər təşkilatı tərəfindən hazırlanan videoçarx “YouTube” saytında yerləşdirilib.

Videoçarxda Ağ Evin fasadında Rusiyanın bayrağı və Rusiya hərbi texnikasının paradı təsvir olunub. Bundan başqa, “parad”ı kənardan çəkən insanlar təsvir edilib.

Videoçarxda yazılıb ki, ABŞ prezidenti Barak Obama dünyanın bir çox liderinin Moskvada keçiriləcək Qələbə Paradında iştirakına qadağa qoyub. “Əgər Barak Obama parada getmirsə, paradın özü Baraka gələcək”, - çarxın müəllifləri bildiriblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm