17,5 milyon avro dəyərində zinət əşyaları oğurlanıb
Bizi izləyin

Dünya

17,5 milyon avro dəyərində zinət əşyaları oğurlanıb

Fransanın Kann şəhərinin Kruazett sahilində məşhur Cartier firmasının premium sinifli butikindən oğurlanan zinət əşyalarının dəyəri 17,5 milyon avro təşkil edib.

Dörd nəfər silahlı şəxs zərgərlik mağazasına soxulub. Oğrular vitrinə düzülmüş zinət əşyalarını 10 dəqiqə ərzində qarət ediblər. Bundan sonra hadisə yerindən uzaqlaşan qarətçilərin axtarışı davam edir.

İnsident Kann kino festivalının açılışı ərəfəsində baş verib. Agentliyin məlumatına əsasən, bu, son on ildə Fransada qeydə alınan ən səs-küylü qarətdir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm