Ermənilər Türkiyəyə torpaq iddiasından geri çəkildi
Bizi izləyin

Dünya

Ermənilər Türkiyəyə torpaq iddiasından geri çəkildi

Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan İrəvan-Ankara münasibətləri ilə bağlı açıqlama verib.

Publika.az “news.am” saytına istinadən xəbər verir ki, Vaşinqton səfəri zamanı Milli Mətbuat Klubunda jurnalistlərin suallarını cavablandıran Nalbandyan Ermənistanın Türkiyədən torpaq tələbinin olmadığını söyləyib.

Bir jurnalistin ermənilərin Türkiyədən torpaq tələb etməsi ilə əlaqədar sualına cavab olaraq Nalbandyan bu iddianın Türkiyə tərəfindən ortaya atıldığını, Ermənistanın heç bir zaman Türkiyədən torpaq tələb etmədiyini deyib.

Erməni nazir Türkiyə ilə əlaqələrin normallaşması mövzusunda hər hansı ilkin şərtlərinin olmadığını dilə gətirib.

“2009-cu ildə o dövrün xarici işlər naziri Əli Babacanın başçılıq etdiyi heyətlə İrəvanda çox müvəffəqiyyətli danışıqlar apardıq və sərhədlərin açılması ilə iki ölkə arasında iqtisadi əlaqələrin normallaşmasını təmin edəcək iki protokol imzaladıq. Türkiyə protokolları təsdiqləmədi, hazırda isə yenə başladığımız nöqtədəyik”, - Nalbandyan vurğulayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm