İranda kürd qiyamı başladı – VİDEO/FOTO
Bizi izləyin

Dünya

İranda kürd qiyamı başladı – VİDEO/FOTO

İranın kürd şəhəri sayılan Mahabadda kəşfiyyatçıların təcavüzünə uğradığı üçün intihar edən Farinaz Hosravaninin ölümü sonrası etiraz aksiyaları başlayıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, etiraz aksiyasının iştirakçıları Farinazın işlədiyi və təcavüzə uğradığı oteli yandırıblar.

Şəhərin kürd əhalisi günahkarların məsuliyyətə cəlb edilməsini tələb ediblər. Etiraz aksiyasının daha da böyüməməsi üçün xüsusi təyinatlı güclər aksiyaya müdaxilə edib. Qarşıdurma nəticəsində ən azı 2 nəfərin öldüyü, 27-nin yaralandığı bildirilir. Onlarla nümayişçi isə saxlanılıb.

Məlumata görə, şəhərdə fövqəladə vəziyyət elan edilib və şəhər minlərlə əsgər tərəfindən mühasirəyə alınıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm