• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Orta Şərqdəki problemlər Fransanın büdcəsini dolduracaq

  • Dünya
  • 9 May 2015 03:13
  • 257 Baxış
Orta Şərqdəki problemlər Fransanın büdcəsini dolduracaq

Orta Şərqdəki müharibələr Fransanın illərdir sata bilmədiyi “Rafale” hərbi təyyarələrinin bəxtini açıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Fransa istehsal olunduğu 1988-ci ildən sata bilmədiyi “Rafale” tipli döyüş təyyarəsinin satışı ilə bağlı Misir, Qətər və Hindistanla müqavilələr imzalayıb.

2015-ci ildə imzalanan müqavilələrin ümumi dəyəri təxminən 20 milyard avrodur. İngiltərə Kral Silahlı Qüvvələr İnstitutunun (RUSI) əməkdaşı Justin Bronk qeyd edib ki, “Rafale”nin satışı ilə bağlı imzalanan müqavilələr təyyarələrin texniki imkanlarının yaxşılaşdırılması ilə yanaşı, dünyada siyasi tarazlıqların dəyişməsi və hərbi tələbatın artması ilə izah edilməlidir.

Bronk “Rafale”nin ilk xarici müştərisi olan Misirin keçmişdə də Fransadan hərbi texnika və silah aldığını xatırladıb. Qətərin sifarişinə gəlincə, mütəxəssis bunu Yaxın Şərqdəki vəziyyətlə izah edib. “İranla yaşanan gərginlik və bu ölkənin Rusiyadan S-300 zenit-raket sistemləri almasını nəzərə alsaq sifarişin vaxtını anlamaq mümkündür”, - Bronk deyib.

O, “Rafale”nin bir başqa alıcısı Hindistanın isə qonşusu Pakistanla münasibətlərin gərgin olmasına diqqət çəkib. Bronk Pakistanın Çindən silah idxalını artırdığını bildirib.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR