Helikopter qəzasının səbəbi bəlli oldu
Bizi izləyin

Dünya

Helikopter qəzasının səbəbi bəlli oldu

Pakistanda hərbi vertolyotun qəzaya uğramasına səbəb mühərrikin sıradan çıxması olub. Musavat.com-un xarici KİV-ə istinadən verdiyi xəbərə görə, bu barədə Pakistanın xarici işlər nazirinin 1-ci müavini Ayzaz Əhməd Çoudri keçirdiyi xüsusi brifinqdə bildirib.

“Artıq bortdakı səsyazan qurğu tapılıb və faciənin təfərrüatları araşdırılır” – deyib XİN rəsmisi. O, qəza zamanı uçaqda 19 nəfərin olduğunu söyləyib – 12 xarici diplomat, iki pilot və daha 5 yay ekipaj üzvü.

Qəza nəticəsində Norveç və Filippin səfirləri, Malayziya və İndoneziya səfirlərini həyat yoldaşları, hər iki yerli pilot, yay ekipaj üzvlərindən bir nəfər həlak olub. Polşa və Niderland səfirləri isə yaralanıblar.

Məlum olduğu kimi, Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov son anda vertolyota minməkdən imtina eləmiş, bununla da öz həyatını xilas eləmişdi.

Az öncə Pakistan ordusunun mətbuat xidmətinin başçısı Asim Səlim Bacva hadisədə terror izinin olduğunu istisna eləmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm