Moskva aeroportları fəaliyyətini dayandırdı
Bizi izləyin

Dünya

Moskva aeroportları fəaliyyətini dayandırdı

9 may Qələbə paradı zamanı Moskva aeroportları təyyarələrin qəbulunu və uçuşunu dayandırır.

Bu barədə TASS Rosaviasiyaya istinadən xəbər verir.

Moskva vaxtı ilə (FMT3) saat 10:30-dan 11:20-yə dək paytaxtın hava məkanı sərnişin təyyarələri üçün bağlanacaq. Rosaviasiyadan bildiriblər ki, bu vaxtı “yalnız 9-11 min metr hündürlükdə tranzit keçidə icazə veriləcək”.

Qurumdan bildiriblər ki, həmin vaxt ərzində paradın aviasiya hissəsinin keçidi baş tutacaq. O zaman 100-dən çox müxtəlif uçan aparat Qızıl meydanın üstündən keçəcək.

“Onlar göstəriş üçün müxtəlif aeradromlardan keçəcək və bu zaman bir neçə yerdən sərnişin aviasiyasının hava məkanına girmiş olacaqlar”- deyə Rosaviasiyadan bilfiriblər. Buna görə də 50 dəqiqə ərzində hava məkanının bağlanması zəruridir.

Qurumdan bildiriblər ki, paytaxtın bütün aviaşirkətləri qadağa bardə məlumatlandırılıb.(ans)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm