Misirin yeni prezidenti Moskvada keçirilən paradda
Bizi izləyin

Dünya

Misirin yeni prezidenti Moskvada keçirilən paradda

Bu gün Rusiyanın paytaxtı Moskvada İkinci Dünya Müharibəsində qələbənin 70 illiyinə həsr olunmuş paradda Misir Ərəb Respublikasının prezidenti Abdülfettah el Sisi də iştirak edir.

Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, Misirin dövlət başçısı Moskvaya ötən gün gəlib.

Xatırladaq ki, Abdülfetteh El-Sisi prezident seçiləndən sonra Rusiyaya reallaşdırdığı ikinci səfəridir. Preizdent Sisi 2014-cü il iyulun 3-də Misirdə baş verən dövlət çevrilişindən sonra Rusiyaya müdafiə naziri olaraq səfər etmişdi.

Onu da bildirək ki, bu gün Moskvada keçirilən Qələbə gününün 70 illil yubileyinə həsr olunan paradda iştirak üçün Kremlin dəvətini Çin, Kuba və Venesuela kimi 25 ölkənin liderləri qəbul etsə də, Almaniya kansleri Angela Merkel və İngiltərə baş naziri Devid Kameron kimi Avropa liderləri qəbul etməyib. Onlar Ukrayna böhranı səbəbindən Moskvaya getməklə bağlı dəvəti rədd ediblər.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm